Skip to content

Məşqin, yeməyin və məşqçin bir tətbiqdə

Hər gün nə edəcəyini bil.

Pulsuz · Azərbaycan, ingilis və rus dillərində

Məşqə hazırlaşan idmançı qadın
LeoFit tətbiqinin ekranı

Yeməyin şəklini çək

Kalori və makrolar təxmini hesablanır.

Yeməyin şəklini çək

Proqramın hazırdır

Hərəkət, set və təkrar bir yerdə.

Proqramın hazırdır

Məşqçinlə yazış

Mesaj, şəkil və səsli mesaj göndər.

Məşqçinlə yazış

Bütün günün bir tətbiqdə

Qidalanma

Kalori hədəfin, protein, karbohidrat və yağ hər gün gözünün qabağındadır. Plan varsa öğün-öğün izlə, yoxdursa yeməklərini jurnala yaz.

Qidalanma

Yoxlama və rəy

Yemək şəkillərini məşqçinə göndər. O da baxıb rəyini yazsın.

Yoxlama və rəy

Gedişat

Çəkini qeyd et, dəyişikliyi qrafikdə gör, əvvəlki məşqlərinə qayıt.

Gedişat

Məşqçi tap

Məşqçi və dietoloqların profilinə, ixtisasına bax, sənə uyğun olana müraciət et.

Məşqçi tap

Daha nələr var

Hazır proqramlar
Məşqçin yoxdursa, hazır proqrama başla və ya özün qur.
Xatırlatmalar
Məşq və yemək vaxtını unutma.
Foto qalereya
Dəyişikliyini şəkillərlə müqayisə et.
Mağaza
Lazım olanları LeoFit mağazasından seç.
Bloq və podkastlar
Məşq və qidalanma haqqında oxu, dinlə.
İstəmədiyin qidalar
Yemək istəmədiyin məhsulları qeyd et.

Necə başlayım?

  1. 1

    Tətbiqi yüklə

    Qeydiyyatdan keç və hədəfini seç.

  2. 2

    Yolunu seç

    Özün proqram qur, hazır proqrama başla və ya məşqçi tap.

  3. 3

    Hər gün izlə

    Məşqini et, yeməyini qeyd et, gedişatına bax.

Məşqçi və ya dietoloqsan?

Müştərilərini, proqramlarını və yoxlamalarını LeoFit Pro-da bir yerdən idarə et.

Məşqçilər üçün ətraflı

Tez-tez verilən suallar

LeoFit məşq, qidalanma və kalori izləmə tətbiqidir. Proqramını izləyir, yeməklərini qeyd edir, gedişatına baxır və istəsən məşqçi ilə işləyirsən.

Bəli, tətbiqi yükləmək və istifadə etmək pulsuzdur. Hazırda tətbiq daxilində heç bir ödəniş aparılmır.

Bəli. Öz məşq proqramını qura, hazır proqramlardan birini seçə və ya istədiyin vaxt məşqçiyə müraciət edə bilərsən.

Şəkil çəkirsən, süni intellekt boşqabdakıları tanıyır və kalori, protein, karbohidrat, yağı təxmini hesablayır. Nəticə dəqiq ölçü deyil, ona görə yadda saxlamazdan əvvəl düzəldə bilərsən. Məşq və qidalanma proqramlarını isə süni intellekt yazmır: onları sən və ya məşqçin hazırlayır.

LeoFit iPhone üçün App Store-da, Android üçün Google Play-də var. Tətbiq Azərbaycan, ingilis və rus dillərindədir.

LeoFit Pro tətbiqini Google Play-dən yükləyə və ya pro.leofit.az veb panelindən qeydiyyatdan keçə bilərsən. Profilin yoxlanılıb təsdiqlənəndən sonra işləməyə başlayırsan.

Məlumatların şifrəli bağlantı ilə ötürülür. Hansı məlumatın nə üçün işləndiyini Məxfilik siyasətində oxuya bilərsən.

Bəli. Hesabını tətbiqdən və ya saytdakı "Hesabın silinməsi" səhifəsində göstərilən yolla silə bilərsən.

Bu gün başla

LeoFit-i telefonuna pulsuz yüklə.

LeoFit tətbiqinin ekranı